Lukaşenkodan “Yeni SSRİ” üçün bədbin proqnoz: “Böyük problem olacaq”

“Rusiyanın neft sahəsindəki “vergi manevri” Avrasiya İqtisadi İttifaqını fəaliyyətinfə böyük problem yarada bilər”. Modern.az BELTA-ya istinadən xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko ölkə parlamentinin Nümayəndələr Palatasının üzvləri ilə görüşündə deyib.

Belarus lideri Rusiyanın vergi qanunvericiliyindəki dəyişikliklərin neft sektoruna təsirini şərh edərkən bildirib ki, maliyyə itkiləri qaçılmazdır. Onun sözlərinə görə Rusiyanın bu addımları Belarus üçün də maliyyə itkisinə gətirib çıxara bilər. “Rusiya bu təşəbbüslərə davam etsə, Avrasiya İttifaqının fəaliyyətində çox böyük problem olacaq. Bir istiqamətdə addımlar atılırsa, onun kompensesiyası lazımdır. Bu puldur və bunu itirməyə məcbur deyilik”.

Qeyd edək ki, Rusiynın neft sahəsindəki dəyişikliklərinə rəy verən ekspertlər bildirir ki, bu, Rusiya büdcəsində azalmasına səbəb olacaq.

Bu ilin may ayının 29-da Astanada Rusiya, Belarus, Qazaxıstan prezidentləri “Yeni SSRİ” kimi dəyərləndirilən Avrasiya İqtisadi Birliyinin yaradılması barədə sənədi imzalayıblar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar