“AB Rusiya ilə enerji tərəfdaşlığı barədə yenidən düşünə bilər”

Almaniya kansleri Angela Merkel deyib ki, Moskva əsas prinsipləri pozmaqda davam etsə, Avropa Birliyi Rusiya ilə enerji tərəfdaşlığı barədə yenidən düşünə bilər.

Merkelin fikrincə enerji tərəfdaşlığını davam etdirmək üçün yaxşı əsaslar var. Onu da vurğulayıb ki, Avropa Birliyi daxilində müxtəlif ölkələr Rusiya təbii qazından müxtəlif dərəcədə asılıdır.

Lakin Merkel bildirib ki, “əgər prinsiplər davamlı olaraq pozularsa”, AB ilə Rusiya arasında enerji əməkdaşlığına baxıla bilər. Prinsiplər dedikdə kansler milli suverenliyə hörmət qoyulmasını nəzərdə tutub.

Merkel Rusiyaya qarşı iqtisadi sanksiyaların yumşaldılması üçün elə bir sərhəd, hədd görmədiyini qeyd edib. Bu sanksiyalar Moskvanın Ukrayna siyasətinə görə qoyulub.

Merkel bunları sentyabrın 29-da Finlandiyanın baş naziri Alexander Stubb-la Berlində mətbuat konfransında söyləyib. /AzadlıqRadiosu

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar