İraq ordusu İŞİD-dən 100 nəfəri öldürdü

İraqın təhlükəsizlik qüvvələri paytaxt Bağdaddan şimal-şərqdə yerləşən Diyala əyalətində 16 kəndi “İslam Dövləti” (İŞİD) qruplaşmasından azad edib.

İTAR-TASS agentliyinin verdiyi xəbərə görə, İraq Müdafiə Nazirliyinin bəyanatına əsasən 100-dən çox yaraqlı məhv edilib.

“16 yaşayış məntəqəsi azad edilib, 100-dən çox terrorçu öldürülüb, 50-yə yaxın partlayıcı qurğu zərərsizləşdirilib” - sənəddə deyilir.

Evlərini tərk etmək məcburiiyyətində qalan 125 ailənin geri döndüyü bildirilir. Sentyabrın 29-da Iraqın hərbi təyarrələri əl-Hilla şəhərinə hava zərbələri endiriblər. Nəticədə 5 hərbi düşərgə və 70 yaraqlı məhv edilib (APA).

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar