KƏMALƏDDİN HEYDƏROVUN BİR MÜAVİNİ İXTİSARA DÜŞÜB? - Açıqlama (Yenilənib)

"Nazim Məmmədovun adının siyahıdan çıxarılmasına dair yayılan məlumatlar həqiqəti əks etdirmir."

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəisi Gülçin Mehdiyeva məlumat verib.

Onun sözlərinə görə, anlaşılmazlığa səbəb Nazirliyin rəsmi saytında yaranan texniki problem olub:

“Müvəqqəti yaranan texniki problem səbəbindən Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Nazim Məmmədovun adı siyahıda görünməyib.

Nazir müavinləri siyahısında heç bir dəyişiklik yoxdur. "

***

Nazim Məmmədovun adına Fövqəladə Hallar Nazirinin müavinləri siyahısında rast gəlinmir.

Unikal.org xəbər verir ki, Fövqəladə Hallar Nazirinin müavini, general-leytenant Nazim Məmmədovun adı nazir Kəmaləddin Heydərovun müavinləri siyahısından çıxarılıb.

Xatırladaq ki, N. Məmmədov 2018-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Fövqəladə Hallar nazirinin müavini təyin edilib.

Qeyd edək ki, hazırda müavinlər siyahısında Rəfail Mirzəyev, Faiq Tağızadə, Etibar Mirzəyev, Ragim Lətifov, Orucəli Hacıyev, Teymur Mehdiyev və Tapdıq Əmiraslanovun adı yer alıb.

635x100

Şərhlər

Tanish 2020-03-14 13:43:53

Bunun ve siyahada olanlarin hamisi kecmish ferma mudirlerine oxshayir. ...

Son yazılar