Keçmiş prezidentin qarşı çıxdığı saziş bu gün imzalanır

Bu gün Kabildə tarixi sənəd imzalanacaq. ABŞ Əfqanıstanla təhlükəsizlik paktını imzalayacaq.

Bu haqda informasiyanı Əfqanıstan prezidenti Əşrəf Qaninin sözçüsü yayıb.

AzNews.az xəbər verir ki, ikitərəfli təhlükəsizlik sazişi (BSA) dekabrın 31-dək 10 min ABŞ əsgərinin Əfqanıstanda qalmasına icazə verəcək. Həmin vaxt beynəlxalq missiyanın Əfqanıstanda işi də başa çatmalıdır.

Qeyd edək ki, eks-prezident Həmid Kərzai bu sazişə qarşı idi.

Rəsmi Vaşinqton adından sənədi ABŞ Prezidenti Barak Obamanın sözçüsü Con Podesta imzalayacaq.

Kabil bu həftə oxşar sazişi NATO ilə də imzalayacaq. Bu sənəd 4.000-5.000 əlavə əsgərin 2014-cu ildən sonra da Əfqanıstanda qalmasına icazə verəcək. Həmin əsgərlər əsasən Britaniya, Almaniya, İtaliya və Türkiyədəndir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar