“COVİD-19”-UN İLK NƏTİCƏLƏRİ... - Çinin ixracı 17 faiz, ticarətin həcmi 11 faiz düşüb

Martın 8-ə koronavirusun dünyada yayılma vəziyyəti: 106165 yoluxmuş, 42606 xəstə, 3594 ölüm! Bu rəqəmlərin mənbəyi Con Hopkins universitetidir.

“Covid-19” koronavirusu epidemiyası nəticəsində Çinin ixracı demək olar 1/5 qədər, idxalı isə 4,0 faiz düşüb. Bu barədə Almaniyanın «DasErste» telekanalı Pekin gömrük xidmətinə istinadla xəbər verib.

Elan olunmuş məlumatlara görə, yanvar və fevral aylarında ölkənin xarici ticarəti ciddi azalma yaşayıb. Bu dövr ərzində Çinin ixracı ötən ilin uyğun dövrü ilə müqayisədə 17,0 faizdən çox azalıb. Çinə mal gətirilməsi 4,0 faiz azalıb. Ümumilikdə, ölkənin xarici ticarəti 11,0 faiz düşüb.

Telekanal qeyd edir ki, Çin iqtisadiyyatının əhəmiyyətli hissəsi 6 həftədən artıqdır ki, bir çox məhdudiyyəilər səbəbilə demək olar, iflic olub. İndiyə qədər çox sayda fəhlələr var ki, yerdəyişməyə qoyulmuş məhdudiyyətə görə və ya karantinə əməl etmək məcburiyyətilə fabriklərə qayıda bilmir.

Ayrı-ayrı ehtiyat hissələrinin və ya vacib məhsulların çatışmazlığı səbəbilə, sənaye istehsalı axsayır. Əhəmiyyətli məhdudiyyətlər logistika və nəqliyyat sahələrində də davam edir.

Hökumətin məlumatına görə, yanvarın axırına, 78 milyon fəhlə öz iş yerinə qayıdıb - bu, Çin yeni ili münasibətilə vətənə qaytmışların 60 faizi deməkdir.

İranda bir gün ərzində 1000-dən artıq yeni yoluxma hadisəsi qeydə alınıb. Ümmilikdə, Tehran hakimiyyəti 5832 yoluxmadan 145 insanın, o cümlədən bir deputatın həlak olduğunu bildirir.

Cənubi Koreyada xəstələnmişlərin sayı 7 min nəfəri ötüb.

Amerika Birləşmiş Ştatlarının (ABŞ) səhiyyə sisteminə cavabdeh olanlar iki yeni ölüm hadisəsi barədə (Florida ştatında) xəbər verirlər. Beləliklə, ABŞ-da virusdan həlak olanların sayı 16-ya çatıb, yoluxmuşların sayı isə 200-ə yüksəlib.

Yüksək yoluxma riski ilə bağlı Texas ştatında texnoloji və musiqi festivalları (South by Southwest) ləğv olunub. Budan əvvəl Warner Media, Netflix, Apple, Amazon Studios, Facebook və Twitter kimi bir çox konsernlər cari ildə sərgilərdə iştirak etməyəcklərini bildiriblər.

Hətta Asiyadan ölkəyə gətirilən ABŞ əskinasları da təhlükəsizlik tədbirlərinə məruz qoylur.

Avropa İttifaqının (Aİ) daha bir ölkəsində - Maltada ilk yoluxma hadisəsi qeydə alınıb. O, 21 yaşlı qızdır və fevralın sonunda İtaiyanın şimalından ölkəyə qayıdıb.

Avropa ölkələri arasında İtaliyada vəziyyət daha ciddidir. Orada 200-dən artıq ölüm faktı qeydə alınıb. Böhranla bağlı ölkə hüqun-mühafizə sisteminin fəaliyyətini məhdudlaşdırmaq istəyir.

İtaliyanın nəhəng «İntesa Sanpaolo» bankı epidemiya ilə mübarizəyə 100 milyon avro xərcləmək, üstəlik də 5 milyard avro (o cümlədən turizm sektoruna) kredit ayırmaq niyyətindədir.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar