MİLLİ MƏCLİSİN YENİ SƏDRİ VƏ MÜAVİNLƏRİ SEÇİLDİ! - Parlamentin sədarəti tam tərkibdə dəyişdi (Yenilənib)

Bu gün altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilib. İclasin sədri Ziyad Səmədzadə gündəliyi təqdim edib.

Gündəlik təsdiqləndikdən sonra Milli Məclis Sədrinin seçilməsi məsələsi müzakirə olunub.

Qeyd edilib ki, Yeni Azərbaycan Partiyası tərəfindən deputat Sahibə Qafarovanın Milli Məclisə sədri kimi namizədliyi irəli sürülüb.

Sahibə Qafarova Yeni Azərbaycan Partiyasının Sədrinə və partiya üzvlərinə təşəkkürünü bildirib.

Sonra səsvermə oldu və 116 səs lehinə olmaqla Sahibə Qafarova Milli Məclisin sədri seçilib.

Sahibə Qafarova 1955-ci ildə anadan olub. S.Qafarova M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunu və Azərbaycan Dillər Universitetini (ingilis filologiyası üzrə) fərqlənmə diplomları ilə bitirib.

1981-ci ildən bu günə qədər Bakı Slavyan Universitetində çalışır. 2000-2004-cü illərdə Qərb Universitetinin Qərbi Avropa Dilləri fakültəsinin dekanı və İngilis filologiyası kafedrasının müdiri vəzifələrində çalışıb. Bakı Slavyan Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru olub.

S.Qafarova ədəbiyyat nəzəriyyəsi, müasir rus və Amerika ədəbiyyatları üzrə mütəxəssisdir. 70-dən çox elmi və tədris-metodik işin, proqramların, dərs vəsaitlərinin müəllifidir. Filologiyada Gender problemlərinin tədqiqi ilə məşğuldur.

Azərbaycan alimi, filologiya elmləri doktoru, professordur.

O, 98 saylı Şəmkir şəhər seçki dairəsindən deputat seçilib, 2010-cu ildən Milli Məclisin üzvüdür.

Bu gün eyni zamanda Milli Məclisə yeni sədr müavinləri seçilib. Altıncı çağırış parlamentin bu gün keçirilən ilk iclasında hakim Yeni Azərbaycan Partiyası tərəfindən Milli Məclis sədrinin I müavini vəzifəsinə Əli Hüseynlinin, sədrin müavini vəzifəsinə isə Vətəndaş Həmrəyliyi Partiyasını təmsil edən deputat Fəzail İbrahimlinin və bitərəf deputatlar tərəfindən Adil Əliyevin namizədliyi irəli sürülüb.

Onların parlament sədrinin müavinləri vəzifəsinə seçilməsi məsələsi müzakirə olunub.Milli Məclisə yeni sədr müavinləri seçilib.

Milli Məclisin bu gün keçirilən ilk iclasında parlamentin komitələrinin sədrləri də seçilib.  Əli Hüseynli Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin, Ziyafət Əsgərov Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin, Zahid Oruc İnsan hüquqları komitəsinin, Sadiq Qurbanov Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin, Tahir Mirkişili İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin, Tahir Rzayev Aqrar siyasət komitəsinin, Musa Quliyev Əmək və sosial siyasət komitəsinin, Əhliman Əmiraslanov Səhiyyə komitəsinin, Hicran Hüseynova Ailə, qadın və uşaq məsələləri komitəsinin, Adil Əliyev Gənclər və idman komitəsinin, Fəzail İbrahimli İctimai birliklər və dini qurumlar komitəsinin, Siyavuş Novruzov Regional məsələlər komitəsinin, Bəxtiyar Əliyev Elm və təhsil komitəsinin, Qənirə Paşayeva Mədəniyyət komitəsinin, Səməd Seyidov isə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri seçiliblər.

Xatırladaq ki, bu gün Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin növbəti iclası keçirilib.

İclasda parlamentdə çoxluq təşkil edən YAP-ın Milli Məclisin sədri, sədrin I müavini və sədrin müavini vəzifəsinə namizədlərin irəli sürülməsi məsələsi müzakirə olunub. YAP Milli Məclisin sədri vəzifəsinə Sahibə Qafarovanın, sədrin I müavini vəzifəsinə Əli Hüseynlinin və sədrin müavini vəzifəsinə Hicran Hüseynovanın namizədliyini irəli sürüb. Bitərəf deputatlar isə parlamentin sədr müavini vəzifəsinə Adil Əliyevin namizədliyini irəli sürüb.

Qeyd edək ki, ilk dəfə parlamentin sədarəti tam tərkibdə dəyişilib.

AzPolitika.info

635x100

Şərhlər

Xaqani 2020-03-29 12:21:26

Deyirlər yeni spiker Azəbaycan dilini səlist danışa bilmir. Azərbaycanlı deyil?

vetendash 2020-03-12 15:55:17

Bu qadinin azerbaycanli olmadiqi bilinir abstrakt- ortbasdir stilde yazilmish tercumeyi-halindan ve ozunu azerbaycanli ad , soyadi ile taqdim etdiyi de chox suallar ortaya chixarir ve cemiyyet HOKMEN BILMELIDIR ESL HEQIQETLERI....

vetendash 2020-03-12 15:53:19

Bu qadinin azerbaycanli olmadiqi bilinir abstrakt- ortbasdir stilde yazilmish tercumeyi-halindan ve ozunu azerbaycanli ad , soyadi ile taqdim etdiyi de chox suallar ortaya chixarir ve cemiyyet HOKMEN BILMELIDIR ESL HEQIQETLERI, EKS HALDA, ..........

Azerbaycanli 2020-03-12 03:01:59

Sahibə Qafarova 1955 - ci ilde HARADA anadan olub, HANSI MILLETDENDIR, anasinin ve atasinin KONKRET- DEQIQ AD ve SOYADI, HANSI MILLETDEN OLDUQU, NIYE GIZLEDILIR TERCUMEYI-HALINDA INTERNETDE ??????

Azerbaycanli 2020-03-12 02:58:27

Sahibə Qafarova 1955 - ci ilde HARADA anadan olub, HANSI MILLETDENDIR, anasinin ve atasinin KONKRET- DEQIQ AD ve SOYADI, HANSI MILLETDEN OLDUQU, NIYE GIZLEDILIR TERCUMEYI-HALINDA INTERNETDE ??????

Müfəttiş 2020-03-10 21:38:49

Ad, Soyadlar dəyişir, vəssalam...

Ramil 2020-03-10 15:58:29

Bəs Əsədov?Boş qaldı?

samir 2020-03-10 10:31:41

Hakimiyyət yavaş-yavaş dəyişir

Son yazılar