KXCP seçki müraciəti yayıb

Klassik Xalq Cəbhəsi Partiyası bələdiyyə seçkiləri ilə bağlı müraciət yayıb. “Media forum” saytının məlumatına görə, müraciətdə deyilir: “Ölkədə azad, şəffaf və ədalətli seçkilərin keçirilməməsi normal yerli idarəetmə orqanlarının formalaşmasına imkan vermir. Bütün seçkilər, o cümlədən bələdiyyə seçkiləri kütləvi qanunsuzluqlarla keçirildiyindən bələdiyyələr icra hakimiyyətlərinin maraqları əsasında formalaşır. Seçki qanunvericiliyi yarıtmazdır, seçki komissiyaları bir qrupun nəzarətindədir, seçici siyahıları gerçəklikdən uzaqdır. Qeyri-demokratik seçkiqabağı mühit, total saxtakarlıqla müşahidə edilən seçki günü, şikayətlərin obyektiv araşdırılmaması da son iyirmi ilin acı gerçəkliyidir.

KXCP yerli idarəetmə orqanlarının demokratik yollarla formalaşması və fəaliyyət göstərməsi, 2014-cü il bələdiyyə seçkilərinin azad, ədalətli və şəffaf keçirilməsi üçün hakimiyyətdən Seçki Məcəlləsində beynəlxalq təşkilatların tövsiyələrinə uyğun dəyişiklik aparılmasını, seçki komissiyalarının siyasi qüvvələrin iştirakı ilə tarazlaşdırılmasını, seçici siyahılarının dəqiqləşdirilməsini, seçkiqabağı demokratik mühitin yaradılmasını, seçki günü saxtakarlıqların qarşısının alınmasını, seçki şikayətlərinin obyektiv araşdırılmasını tələb edir.

Partiya siyasi qüvvələri, vətəndaş cəmiyyətini, ziyalıları, gəncləri, qadınları, cəmiyyətin bütün təbəqələrini 2014-cü il bələdiyyə seçkilərində fəal iştiraka, bələdiyyələrin real yerli hakimiyyətə çevrilməsi üçün ardıcıl mübarizə aparmağa çağırır”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar