Qlobal iqtisadiyyat yeni böhrana doğru irəliləyir?

Təcrübəli iqtisadçılardan ibarət bir qrupun Beynəlxalq Valyuta və Bankçılıq Tədqiqatları Mərkəzi (International Center for Monetary and Banking Studies (ICMB) üçün hazırladığı hesabat qlobal iqtisadiyyatın böhran riski üzərində dayandığına işarə edib.

“Cenevrə Hesabatı” adlanan hesabata görə, rekord səviyyələrə çatan borc və düşən iqtisadi artım nisbətləri qlobal böhrana yol aça bilər.

16 ildir hər il nəşr olunan hesabatda, dünya miqyasında faiz nisbətlərinin “çox uzun bir müddət boyunca” aşağı qalmasının lazım olduğu fikiri müdafiə olunur. Hesabata görə, faizlərin aşağı qalması əhalinin, şirkətlərin və hökumətlərin borc xidmətləri reallaşdıra bilmələri üçün lazımdır.

Hesabatda inkişaf etmiş ölkələrin iqtisadiyyatlarında maliyyə sektorunun borc yükünün (xüsusilə ABŞ-da) düşdüyü, əhalinin borcunun gəlirə nisbətinin yüksəlmədiyi qeyd edilir. Buna qarşı hesabat, varlı ölkələrdə dövlət borclarındakı sürətli yüksəlişə və inkişaf etməkdə olan iqtisadiyyatlarda özəl sektorun borclarına diqqət çəkir. Özəl və dövlət daxil, dünyadakı cəmi borc yükünün milli gəlirə nisbətinin 2001-ci ildəki 160%-dən, böhran ili 2009-da təxminən 200%-ə və 2013-də 215%-ə çatmış vəziyyətdə olduğu qeyd edilir.

Hesabatda artmağa davam edən yüksək qlobal borcun və yavaşlayan nominal ÜDM-in “zəhərli birləşməsinin” mənfi təsirləri barədə xəbərdarlıq edir. “Bu zəhərli birləşməni” real artımdakı yavaşlamanın və aşağı düşən inflyasiyanın tətiklədiyi vurğulanır. /"Marja"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar