İtaliyadan qayıdan tələbələr karantinə alınıb - Azərbaycanın Romadakı səfirliyi təcili çağırış etdi

Azərbaycanın Romadakı səfirliyi epidemioloji vəziyyət iləəlaqədar olaraq, İtaliyadan Azərbaycana qayıtmaq istəyən şəxslərə müraciət edib. Azərbaycan Respublikası vətəndaşlarından təcili olaraq Səfirliyin elektron poçt ünvanlarına ([email protected]; [email protected]) aşağıdakı məlumatları təqdim etmələri xahiş olunur:

1. Azərbaycan Respublikası ümumvətəndaş pasportunun surəti;
2. Viza v
ə ya İtaliyada yaşama icazəsini təsdiq edən sənədin surəti;
3.
Əlaqə məlumatları (telefon, e-mail və yaşadığı ünvan).

Müraciətdə bildirilib ki, Azərbaycana qayıdacaq şəxslər iki həftə müddətinə karantin rejimində saxlanılacaq və onlardan karantin rejiminin tələblərinə riayət etmələri tələb olunacaq.

Qeyd edək ki, martın 10-da İtaliyada təhsil alan 25 azərbaycanlı tələbə Ukrayna üzərindən Bakıya gəlib. Bakı Hava Limanında onları 16 Təcili Tibbi Yardım maşınları qarşılayıb.

Tələbələrə təhlükəsizlik məqsədilə ailələri ilə təmas qadağan olunub. Onlar hava limanından Qobustan xəstəxanasına aparılıblar.

Tələbələrdən Şəhla Məmmədzadənin musavat.com-a verdiyi bilgilərə görə, Bakıya gələn tələbələrin heç birinin səhhətində problem yoxdur: ”Özümüzü yaxşı hiss edirik. 2, 3 və 5 nəfərlik otaqlara yerləşdirilmişik. Xəstəxanaya gələn kimi dərhal analizlər alındı. Hər 4 saatdan bir hərarətimiz yoxlanır. Saxlanma şəraitimiz normaldır. İlkin bilgiyə görə, 14 gün burada qalacağıq. 2 dəfə analiz verəcəyik. Həkimlər analizlərinin cavabı 2 dəfə neqativ çıxanları 14 gün sonra evə buraxılacaqlarını bildirirlər”.

Şəhla Məmmədzadənin sözlərinə görə, İtaliyada durum həddən artıq kritik olub:”İlk günlər o qədər də narahat olmadıq. Dərslər normal davam edirdi. Mən Peruca şəhərində təhsil alıram. Bizim şəhərdə yoluxma o qədər çox deyildi, amma ölkə üzrə xəbərlər narahatlıq yaradırdı. İtaliya hava məkanı tamam bağlanmazdan bir neçə saat öncə Kiyevə, ordan da Bakıya gələ bildik”.

Xatırladaqki, Avropadakoronavirusən çox İtaliyadayayılıb. Qeyri-rəsmi bilgilərə görə, ölkədə təhsil alan azərbaycanlı tələbələrin sayı 3 minə yaxındır.

TƏBİB-dən yayılan xüsusi məlumat vasitəsi ilə faktı təsdiqləyiblər.

Həmin məlumata görə, prosedur qaydalarına uyğun olaraq, tələbələr hava limanından götürülərək karantin xəstəxanasına yerləşdirilib və müşahidə altına alınıblar. Onların heç birində xəstəlik əlamətləri aşkarlanmayıb. Karantinə yerləşdirilən şəxslərin müayinəsi davam etdirilir.

"Səhiyyə qurumlarımız xəstəliyin Azərbaycan ərazisində yayılmasının qarşısının alınması üçün bütün profilaktik tədbirləri həyata keçirməyə davam edəcəkdir", deyə, məlumatda qeyd olunur.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar