BAHAR MURADOVA KOMİTƏ SƏDRİ TƏYİN EDİLDİ - Sərəncam

Prezident İlham Əliyev Bаhar Muradovanı yüksək vəzifəyə təyin edib. Prezidentin imzaladığı sərəncamla Bahar Əvəz qızı Muradova Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri təyin edilib.

Qeyd edək ki, Bahar Muradova 1962-ci il martın 20-də Füzuli şəhərində anadan olub. O, əslən Füzuli rayonunun Yağlıvənd kəndindəndir.

1977-ci ildə Füzuli şəhər 3 saylı orta məktəbin 8-ci sinfini bitirdikdən sonra  Bakı Yüngül Sənaye Texnikumuna daxil olub, 1981-ci ildə oranı bitirərək Bakı 1 saylı tikiş fabrikində əmək fəaliyyətinə başlayıb.

Sonralar -1990-cı ildə Azərbaycan Dövlət Universiteti nin filologiya fakültəsini, 2000-ci ildə isə Azərbaycan Universitetinin hüquq fakültəsini bitirib.

1993-1995-ci illərdə Yasamal Rayon İcra Hakimiyyətinin təlimatçısı, 1995-2000-ci illərdə Azərbaycan Respublikası Prezidenti İcra Aparatının ictimai-siyasi şöbəsinin referenti vəzifələrində çalışıb. 1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

YAP-ın I (1999), II (2000) və III (2005) qurultaylarında partiyanın Siyasi Şurasının və İdarə Heyətinin üzvü seçilib.

1995-ci ildən YAP Qadınlar Şurasının sədr müavini, 1999-cu ildən partiyanın icra katibinin müavinidir.

2000 və  2005, 2010 və 2015-ci illərdə Milli Məclisinin deputatı seçilib.2005-ci il dekabrın 2-dən - 2020-ci ilə qədər Milli Məclis Sədrinin müavini, ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri işləyib.

Son seçkilərdə YAP tərəfindən namizədliyi irəli sürülməyən Bahar Muradovanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin olunacağgözlənilən idi.

635x100

Şərhlər

t.ədalət 2020-03-13 01:06:29

Bu komitənin heç bir xeyri yoxdur.Əslində komitə ləğv edilməli,onun əvəzində qadınlar üçün hansısa bir iş yeri yaradılmalı idi.

Son yazılar