Milli Məclisin payız sessiyası başladı

Sentyabrın 30-da Milli Məclisin payız sessiyası başlayıb.

İlk iclasda parlamentin 2014-cü il payız sessiyasının qanunvericilik işləri planı müzakirə olunacaq.

Deputatlar Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının dördüncü zirvə toplantısının bəyannaməsinin, Azərbaycan Respublikasının prezidenti və Fransa Respublikası prezidentinin birgə bəyannaməsinin, İtaliya, Mərakeş, Uruqvay, Vyetnam, Avropa İttifaqı, Səudiyyə Ərəbistanı ilə Azərbaycanın imzaladığı sənədlərin təsdiq edilməsi barədə qanun layihələrinə baxacaqlar.

Milli Məclis İnzibati Xətalar, Gömrük, Vergi, Əmək, Şəhərsalma və Tikinti məcəllələrində, bir çox qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələrini də müzakirə edəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar