İntiqam Əliyev dindirilib

Bakı İstintaq Təcridxanasında saxlanan hüquq müdafiəçisi İntiqam Əliyev sentyabrın 29-da növbəti dəfə dindirilib. Müstəntiqin apardığı dindirmədə İntiqam Əliyevin vəkilləri Əlayif Həsənov, Anar Qasımlı və Cavad Cavadov da iştirak ediblər.

Dindirmədən sonra vəkil Əlayif Həsənov “Media forum” saytına deyib: “Dindirmənin təfərrüatı haqda məlumat vermək səlahiyyətim yoxdur. Bunlar istintaq sirridir. Ümumən İntiqam Əliyevin əhvalı yaxşıdır, hər hansı şikayəti yoxdur”.

İntiqam Əliyev Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəridir. 20 ildən çoxdur vəkillik fəaliyyəti ilə məşğul olur. Əsasən insan hüquqlarının müdafiəsi sahəsində ixtisaslaşıb.

Avqustun 8-də tutulan İntiqam Əliyev Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 192.2-ci (qanunsuz sahibkarlıq) maddələri ilə təqsirləndirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar