Polşa ilə Fransa arasında gərginlik artır

Sentyabrın 29-da Polşa xəbərdarlıq edib ki, Fransanın Rusiyaya "Mistral" tipli hərbi gəmiləri çatdırması Varşavanın Fransanın nüvə qalxanından istifadəsinə mane ola bilər.

Bu barədə "Radio France İnternationale" xəbər verir.

"Mistral" məsələsi Fransanın nüvə qalxanı təchizatçıları ilə bağlı müsbət qərarımıza mane olur. Mən bu həqiqəti dana bilmərəm", - Polşanın müdafiə naziri Tomaş Semonyak gündəlik "Rzeczpospolita" qəzetindəki müsahibədə bildirib.

Xatırladaq ki, iyun ayında Polşa 5,8 milyard avroluq yeni nüvə qalxanı sisteminin qurulması üçün tender iddiaçılarından ikisini seçmişdi. Bunlar Fransanın "Thales" və onun amerikalı rəqibi "Raytheon" müdafiə sənayesi şirkətləridir.

Qonşu Ukraynada münaqişənin gərginləşməsindən ehtiyat edən Polşa Fransanın "Mistral" gəmilərini Rusiyaya göndərməsindən narazıdır.

Bundan əlavə, Polşa amerikan patriot-tipli raket sistemini seçəcəyi ilə bağlı xəbərdarlıq edib. Halbuki, Semonyak Fransanın qarşısına şərt qoymadığını bildirmişdi. "Mən Fransanın düzgün qərar verəcəyinə əminəm", - o deyib.

Qeyd edək ki, NATO-nun tənqidlərindən sonra sentyabrda Fransa "Mistral" hərbi gəmilərinin Rusiyaya çatdırılmasını oktyabra qədər gecikdirəcəyini bildirmişdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar