İsrail İranı İŞİD-dən də təhlükəli sayır

İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, İran nüvə silahına malik olmaqla dünya üçün “İslam Dövləti” terror qruplaşmasından da təhlükəlidir.

Virtualaz.org saytı “Reuters” agentliyinə istinadən yazır ki, Netanyahu İŞİD-in məhv etməyin mümkünlüyünü bildirib, amma bunu İran haqda deməyin çətin olduğunu vurğulayıb.

“İŞİD-i zərərsizləşdirmək lazımdır. Amma onu darmadağın edib güclü nüvə silahına malik İranı bir tərəfə qoymaq olmaz. Bu, bizim üçün döyüşdə qələbə, müharibədə isə məğlubiyyət kimi bir şey olardı” - deyə İsrailin baş naziri bildirib.

Daha sonra B.Netanyahu İranın Qərbi “valeh” edərək özünə qarşı olan sanksiyaların ləğvinə nail olduğunu bildirib. Onun sözlərinə görə, bu da İranın yeni bombalar hazırlamasına şərait yaradır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar