ANA KÖRPƏ QIZININ ƏMƏLİYYATI ÜÇÜN YARDIM İSTƏYİR - FOTOLAR

Anadan olandan dünya işığına həsrət qalan Xəlilova Günel Tural qızının anası ölkənin səlahiyyətli, imkanlı şəxslərinə və hər bir Azərbaycan vətəndaşına kömək üçün müraciət edib. Onun körpə qızının gözlərinə anadangəlmə buynuz qişası bulanması diaqnozu qoyulub.

Körpənin görməsi üçün gözlərinə buynuz qişa transplantasiyası olmalıdır.

Bir gözün əməliyyat qiyməti 15.000 AZN-dir. Ailənin bu vəsaiti vermək inkanı olmadığından, ana imkanlı şəxslərdən və hər bir Azərbaycan vətəndaşından kömək istəyirlər.

"Bunun üçün Sizlərin maddi və mənəvi köməyinizə ehtiyacımız var. Bir ana olaraq xahiş edirəm, bizə köməklik göstərəsiniz!  Yalnız Sizlərin- xeyirxah insanların, imkanlı və yardımsevər iş adamlarının köməyi ilə körpə qızımın gözləri açıla bilər. Bu Müqəddəs Ramazan ayında yardımınızı bizdən əsirgəməyin!" -deyə körpə Günelin  anası xahiş edir.

Əlaqə telefonu: 055 661 95 09

AZN hesan nömrəsi (E-manat və MilliÖn vasitəsilə):

Azər-Türk Bank 

5374 3951 8550 4306



635x100

Şərhlər

X 2020-05-24 11:08:33

15000 manat kiminse sadece pul kimi gormediyi bir sey kiminse olum dirim meselesi. Milyonlar olkesi ola bilmeyen Azerbaycaim

Gulsən 2020-05-23 13:43:01

Hər birimiz 5 manatda versək kifayət eder

t.ədalət 2020-05-19 22:16:29

Heydər Əliyev fondu,bildiyimizə görə çox insanların müalicəsinə dəstək olur.Elə bilirəm ki,uşağın valideynləri Heydər Əliyev fondundan kömək istəməlidir.

Son yazılar