Spikerdən Avropa Parlamentinə sərt etiraz

“Milli Məclis Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnaməyə etiraz olaraq sərt bəyanat verəcək”. Lent.az-ın məlumatına görə, bunu spiker Oqtay Əsədov parlamentin bu gün keçirilən plenar iclasında bildirib.

Avropa Parlamentinin sentyabrın 18-də Azərbaycana qarşı qəbul etdiyi qətnaməyə etiraz edən spiker bildirib ki, artıq AP-nin belə qətnamələr qəbul etməsi adət halını alıb: “Bu təşkilat Azərbaycana qarşı sayca 4 qətnamə qəbul edib. AP bu qətnamələri Azərbaycana qarşı qüvvələrin səyi ilə təzyiq metodu kimi istifadə edir. Belə təzyiq metodları ilə Azərbaycana təsir etmək mümkün olmayacaq. Azərbaycanın AP qarşısında heç bir öhdəliyi yoxdur. Amma buna baxmayaraq biz Avropa strukturları ilə əməkdaşlıq etmək istəyirik. Lakin bu təşkilatların ikili standartları əməkdaşlığın inkişafına ciddi maneçilik yaradır. Odur ki, biz buna öz mövqeyimizi bildirməliyik. Hesab edirəm ki, biz Milli Məclis adından AP-nin qəbul etdiyi qətnaməyə etiraz olaraq bəyanat qəbul etməliyik. Bunun üçün komissiya yaradılıb. Əgər onlar bizimlə əməkdaşlıq etmək istəyirlərsə, ikili standartlara son qoymalıdırlar. Biz Avropa ilə əlaqələri inkişaf etdirmək üçün AVRONEST yaratdıq. Təəssüflər olsun ki, AP Azərbaycanla əlaqələri inkişaf etdirmək əvəzinə əks addımlar atır. Bəyanatda biz bildirməliyik ki, Avropanın bu təşkilatları ilə gələcəkdə işləməyin mənası varmı, ya yox”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar