Ermənistanda əsgərin intiharına görə 4 hərbçiyə hökm oxundu

Ermənistan ordusunun hərbi qulluqçusu Vaniçka Ovakimyanın ölüm faktı ilə bağlı keçirilən məhkəmə prosesi başa çatıb.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Ararat və Vayotsdzorz vilayət məhkəmələrinin ümumi tabeliyində olan birinci məhkəmə instansiyası 19 yaşlı əsgər Şmavon Kyurexyanın 7 il, 20 yaşlı Paruyr Mkrtıçyanın 5,5 il azadlıqdan məhrum edilmələri barədə hökm çıxarıb. Bölük komandiri Arman Muradyan isə 3 il azadlıqdan məhrum edilib. Kişik serjant Narek Mitoyan 1 il şərti azadlıqdan məhrum edilməklə məcburi islah işlərinə cəlb olunub.

Məhkəmə istintaqı zamanı məlum olub ki, adıçəkilən hərbçilər Vaniçka Ovakimyanı özünü öldürmə həddinə çatdırıblar. Səbəb Paruyur Mkrtçyana məxsus mobil telefonun yoxa çıxması olub. Ancaq araşdırma nəticəsində müəyyən olunub ki, telefonu növbədə duran Babayan oğurlayıb. Bu oğurluqda Ovakimyandan şübhələndiklərindən, o özünü öldürüb. Hadisə ötən il dekabrın 10-da baş verib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar