“Azərbaycanın Avropa Parlamenti qarşısında heç bir öhdəliyi yoxdur”

Milli Məclisin 30 sentyabr iclasında danışan spiker Oqtay Əsədov Avropa Parlamentinin Azərbaycanla bağlı son qətnaməsini pisləyib.

“Media forum” saytının məlumatına görə, parlament sədri deyib: “Sənədin 46 müəllifi var. Onlardan 45 nəfəri ümumiyyətlə Azərbaycanda olmayıb, 1-i isə vaxtilə Slovakiyanın xarici işlər naziri postunu tutub. Onun vəzifədə olduğu illərdə Slovakiya Ermənistana hərbi təyyarələr satmışdı. 750 deputatdan 46-sının təklifi ilə səsvermə keçirilib, özü də əllə səs verilib. Bu da onu göstərir ki, belə qətnamənin qəbulunda məqsəd Azərbaycana təzyiq etməkdir. Azərbaycan bu təzyiqlərə dözüb və dözəcək. Heç bir kənar qüvvə dövlətimizin müstəqilliyinə xələl gətirə bilməyəcək.

Azərbaycanın Avropa Parlamenti qarşısında heç bir öhdəliyi yoxdur. Bizim yalnız əməkdaşlığımız var. Əlaqələri genişləndirmək üçün Avronest Parlament Assambleyasını yaratdıq. Təəssüf ki, Avropa Parlamenti əlaqələri inkişaf etdirmək əvəzinə öz qurumlarını da kənara qoyub, qeyri-obyektiv qətnamələr qəbul edir. Biz də münasibətləri inkişaf etdirmək istəyirik, amma biz nə qədər can atırıqsa, bizə ikili münasibət göstərirlər. Belə olan təqdirdə bizim bu təşkilatla işləməyimizin mənası varmı?”

Daha sonra Milli Məclis sədrinin müavini Valeh Ələsgərovun başçılığı ilə komissiya yaradıb Avropa Parlamentinə etiraz bəyanatı hazırlamaq qərara alınıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar