AZƏRBAYCAN -TÜRKİYƏ SƏRHƏDİ MÜVƏQQƏTİ BAĞLANDI - Ərdoğanla Əliyev razılığa gəliblər

Azərbaycan və Türkiyə arasında hava və quru əlaqələrinin müvəqqəti daynadırılması barədə qərar qəbul edilib. "Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, məhdudiyyətlər yalnız yükdaşımalarına şamil olunmayacaq.

Qərar, hər iki ölkənin vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi və sağlamlığının qorunması məqsədilə qəbul edilib.  

Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Trend-in məlumatına görə, telefon danışığı əsnasında dövlət başçıları koronavirus infeksiyasına qarşı mübarizə məqsədilə ölkələrimiz tərəfindən görülən tədbirlərə dair məlumat mübadiləsi aparıblar.

Prezidentlər koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Türkiyə və Azərbaycan vətəndaşlarının hava və quru yolu ilə qarşılıqlı səfərlərinin 15 mart saat 00.00-dan etibarən müvəqqəti olaraq dayandırılması barədə razılığa gəliblər.

Dövlət başçıları Azərbaycan ilə Türkiyə arasında qardaşlıq və dostluq əlaqələrinin yüksələn xətt üzrə inkişafından məmnunluqlarını ifadə ediblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar