Elçibəyin oğlu Fövqəladə Hallar Nazirliyində kurs keçir

“Azərbaycanın mərhum eks-prezidenti Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev Fövqəladə Hallar Nazirliyində kurs keçir”. Bunu AzNews.az-a Elçibəyin qayını Mirmöhsün Mahmudov bildirib.

Onun sözlərinə görə, Ə.Əliyev dövlət idarəsində çalışacaq: “Ərturqut Əliyev Fövqəladə Hallar Nazirliyinə düzəlsə də, hələ işə başlamayıb. O, hələlik həmin qurumda kurs keçir. Kurs bitəndən sonra rəsmən işə başlayacaq. Amma hələ ki, hansı işə, vəzifəyə düzələcəyi məlum deyil”.

Xatırladaq ki, bir müddət əvvəl Milli Azadlıq Hərəkatının lideri, mərhum eks-prezident Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyevə FHN-də iş verilməsi ilə bağlı xəbərlər yayılsa da, özü məlumatı təkzib etmişdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar