BÜDCƏDƏN SİMONYANLARA AXAN MİLYARDLAR... – Navalnı Putinin erməni cütlüyünə “sevgisinin” sirlərini ifşa etdi + VİDEO

Rusiyada Korrupsiyaya Qarşı Mübarizə Fondunun rəhbəri Aleksey Navalnı adətən özünün ifşaedici videolarını onlar internetə çıxanadək məxfi saxlaya bilir.

Amma necə olubsa, onun dövlət tərəfindən maliyyələşdirilən, Azərbaycanda erməni lobbsinin Rusiyadakı ən fəal nümayəndələrindən biri kimi tanınan RT (Russia Today) telekanalının rəhbəri Marqarita Simonyan və onun rejissor əri Tiqran Keosayan haqqında hazırladığı “Parazitlər” filmindən “əsərin qəhrəmanları” daha tez xəbər tutublar. Xanım Simonyan hələ martın 5-də “Telegram”-da Aleksey Navalnıya mesaj da yazıb.

O bu mesajla Navalnını öz ofisinə dəvət edir:“Aleksey, nəhayət özünüz bizə gəlin! Sizin üçün ekskursiya təşkil edərik, milyardları saxladığımız otağı göstərərik, sizi ştatımızda olan ayı ilə tanış edərik. Sizi də yedizdirərik.

Beləliklə, Navalnının budəfəki araşdırması Kremldən maliyyələşən RT-nin başçısı Marqarita Simonyan və onun əri Tiqran Keosayanın NTV telekanalında efirəçıxan “Mejdunarodnaya pilorama” verilişi barədədir.

Videoda Navaln bildirir ki, bu bayağı, şit proqramda Keosoyan Vladimir Putinin özünə rəqib saydığıölkələri və dövlət başçılarını, siyasətçiləri lağa qoyur, onları təhqir etməkdən beləçəkinmir.

Müxalifətçi bunu da qeyd edir ki, Keosayanın özünün aparıcılıq etdiyi bu proqram təhqiramizliyi ilə dövlətdən maliyyələşən bütün Rusiya telekanallarının siyasi şoularını kölgədə qoyub. Aparıcı proqram boyunca küçə söyüşlərindən istifadə edir və Putini bir qayda olaraq “Rəis” adlandırır.

Navalnı bu barədə deyir: Əlbəttə, bütün bunları oxumaq və tamaşa etmək olardı. Amma qısaca izahat verək: NTV bu dəyərsiz və aşağı səviyyəli şouya çox böyük pullar ödəyir. Simonyan-Keosayan ailə cütünə nəyə görəsə bir qayda olaraq dövlətlə bağlı reklamverənlərdən, başqa böyük pullar da gəlir. Bu pullar elə bu cütlüyə məxsus olan reklam agentlikləri vasitəsilə dövriyyə olunur. Nəhayət, Simonyan bunu afişaya çevirməsə də, o sözü gedən layihənin də bədii rəhbəridir və onun oradan aldığı pul hətta ərinin də maaşından çoxdur.

Aleksey Navalnının son videosu sosial mediada geniş əks-sədaya səbəb olub.Denis adlı istifadəçi fondun çəkdiyi filmi bəyəndiyini bildirir. O yazır ki, “Parazitlər” adlı bu filmə“üç Oskar mükafatı” düşür.

“Saratov sakini” adlı istifadəçi isə bildirir ki, onun üçün bu utanmaz zarafatların Keosayan yox, Simonyanın özü tərəfindən yazılması təəccüblü olub: “Keosayan ləyaqətli bir ailədən çıxıb. Əvvəllər liberal olub. Görünür, pul hərisliyi onun gözlərini örtüb.

Roman Dobroxotov yazır ki, Marqarita Simonyanın başçılıq etdiyi bu proqramın vergiödəyənlərdən “pul qırxması” onun üçün təəccüblü olmayıb. İstifadəçi Vadim Çayukov qeyd edir ki, Navalnının filmindən pulların şəxsi hesablara necəçıxarıldığınıöyrənib. İstifadəçi yazır ki, Mişustinin “ağıllı vergi sitemi” isə bu sxemdəşübhəli heç nə görmür. Başqa bir istifadəçi isə yazır ki, ömründə belə abırsız və iyrənc heç nə görməyib:

Tyurban Bazarovaadlı istifadəçi yazır: “Keosayanın bu proqramı heç vaxt təmizlənməyəcək bir rüsvayçılıqdır vəən aşağı səviyyəli televiziya rəzaləti kimi həmişləlik tarixdə qalacaq.

Marqarita Simonyan ailəsi haqqında bu filmlə bağlı Rusiyanın müstəqil Snob saytına şərh verib: “Mən bu nəhəng teleməhsulun təkcəəsas ssenari müəllifi deyiləm. Mən bu barədə həmişə fəxrlə demişəm. Yüz dəfə. Proqramın büdcəsi haqqında heç nə deyə bilmərəm. Mənə qonorarımıödəyirlər. Mən bu puldan razıyam. Yeri gəlmişkən, bu, federal telekanallar üçün mənim iştirakımla hazırlanan yeganə məhsul deyil. Bu mənim təmiz gəlirimdir və bu puldan vergi ödənir.

İlya Barabanov adlı “Twitter” istifadəçisi artıq Simonyanın Snob nəşrinə verdiyi şərh barədə yazıb: Əvvəllər nəyə görəsə düşünürdüm ki, bu gündəyməzlər və gey Makron barədə proqramda səslənənləri onun əri Tiqran Keosayan yazır. Amma, sən demə bu, uğursuz rejissorun gizli homofobiyası yox, incə Adler (Simonyan bu şəhərin yerləşdiyi Krasnodar diyarında doğulub - red)yumorudur.

İstifadəçiIlya Yaşin isə yazır: “Bir şeyi başa düşmürəm: Putin niyə pulu Simonyana elə-belə vermir? Nəyə görə bu sövdələşmənin içində Keosayanın TV vasitəsilə vətəndaşların başına tökdüyü gicbəsər yumoru olmalıdır?

Fyodor Kraşennikov isə yazır ki, onun eşitdiyinə görə Pilorama “babanın” (Putinin) sevimli proqramıdır və xüsusi olaraq onun əhvalı və zövqünə görə hazırlanır: “Bu səbəbdən də müəlliflər üçün hər şey yağ kimidir və pul ciblərinəçay kimi axır. (azadliq.org)

635x100

Şərhlər

Moskvin iz New York 2020-04-04 08:03:49

Kremlin, Bakının BAŞ müəllimii Lavrov olanda, dilmancı da Marqar olar!

vuqar 2020-03-29 16:14:56

Bilmek isteyirsizse putin nece ermeniperestdirse bir o qederde azrbaycanlidi yeni onun dusuncesinde olan yegane sey oz hakimiyyetini saxlamaq ucun yeri gelse CUKCA-da olmaga razilasan bir TIPAJDIIR!

Ətalət 2020-03-16 15:22:07

Bakı belələrini də, özünə əks KADRLAR törədib DÜNYA aləminə buraxıb!?

Elli 2020-03-16 13:52:35

məsələ bundadır ki, Vova özü ermənipərəstdir.

Filantrop 2020-03-16 13:46:31

14.06.88 tarixli genosid aktı Kremlin daşnaq tabeliyini rəsmən təsdiq edib!

t.ədalət 2020-03-16 12:30:27

Putinin erməni sevdası...

Son yazılar