“Qafqaz Əraziləri və xalqlarının nağılları” kitabı işıq üzü görüb

AMEA Mərkəzi Elmi Kitabxanası “Qafqaz Əraziləri və xalqlarının nağılları” adlı biblioqrafik götəricisini dərc etmişdir. Mərkəzi Elmi Kitabxananın direktoru, filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərlinin elmi redaktorluğu və Validə Həsənovanın tərtibçiliyi ilə nəşr olunan kitabda 1881-1929 –cu illər ərzində Tiflisdə və Maxaçqalada tərtib və dərc edilmiş “Qafqaz əraziləri və xalqlarının təsvirinə dair materiallar toplusu” nda (SMOMPK ) əks olunmuş nağılların biblioqrafik göstəricisi əhatə edilmişdir.

Kitabda biblioqrafik informasiyanın istifadəsini asanlaşdırmaq məqsədi ilə bir neçə adla informasiya axtarış aparatı tərtib edilmişdir. Toplayıcılar və söyləyicilər haqqında olan köməkçi aparat bölməsindəki müəlliflərin adları yalnız ilkin mənbədəki pasport qeydlərinə əsasən tərtib edilmişdir. Biblioqrafik təsvirlərindəki məxəzlər mövzu istiqamətindən asılı olaraq bir neçə başlıq altında qruplaşdırılmışdır. Həmçinin Qafqazda yaşayan çoxsaylı xalqların adlarını əhatə edən xüxusi köməkçi bölmə də tərtib edilmişdir. Kitab tədqiqatçı alim və tələbələr üçün nəzərdə tutulmuşdur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar