ABŞ polisi Ərdoğanın qarşısını kəsdi - Video

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Birləşmiş Millətlər Təşkilatının (BMT) toplantısında iştirakı zamanı ABŞ polisi tərəfindən necə saxlanıldığını və bu zaman gərginliyin yarandığını əks etdirən görüntülər yayılıb. Virtualaz.org saytı xəbər verir ki, Ərdoğan BMT-nin toplantısında iştirak etmək üçün zala daxil olarkan ABŞ polisi tərəfindən saxlanılıb.

Görüntülərdən də aydın olur ki, polisin müdaxiləsi zamanı Ərdoğan onun qolundan tutaraq itələyir. Bu zaman isə yaxınlıqda olan şəxslərdən biri hadisəni lentə alır. Ərdoğanın yanında olan şəxslərdən biri video çəkən şəxsə müdaxilə edərək çəkilişə mane olur. Yaranan qısa gərginlik zamanı Ərdoğanın yanında olan şəxslər polisə başa salmağa çalışırlar ki, o, Türkiyənin prezidentidir.

Qeyd edək ki, Ərdoğan BMT-nin iclasında iştirak edərkən Nyu-Yorkda yaşayan bir qrup Türkiyə vətəndaşı Ərdoğana etiraz olaraq BMT-nin binası qarşısına toplaşmışdı. Onlar “oğru var” deyərək Türkiyə prezidentinə etiraz edirdilər. Etirazçı qurupa müdaxilə edən Ərdoğanın mühafizəçiləri ilə ABŞ polisi arasında da qarşıdurma yaşanmışdı.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar