RUSİYA VƏ AZƏRBAYCAN SƏRHƏDİ BAĞLAYIR - Koronavirusa qarşı mübarizə məqsədilə

Martın 16-da Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov ilə Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin arasında telefon danışığı olub.

Bu barədə "Report"a Nazirlər Kabinetinin Mətbuat Xidmətindən məlumat verilib.

Telefon danışığı əsnasında koronavirus infeksiyasına qarşı mübarizə məqsədilə iki ölkə tərəfindən görülən tədbirlərə dair məlumat mübadiləsi aparılıb.

Hökumət başçılarının qarşılıqlı razılığına əsasən, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan və Rusiya vətəndaşlarının qarşılıqlı səfərlərinin 2020-ci il 18 mart saat 00.00-dan etibarən müvəqqəti olaraq dayandırılması barədə qərar qəbul edilib. Yük maşınlarının sürücüləri istisna təşkil edəcəklər.

Ölkəyə qayıtmaq istəyən Azərbaycan Respublikasının vətəndaşları üçün çarter uçuşları təşkil ediləcəkdir. Uçuşların qrafikinə dair əlavə olaraq məlumat veriləcəkdir.

Qeyd edək ki, Rusiya Dəmir Yolları (RDY) Azərbaycan və Özbəkistanla dəmiryolu əlaqələrini müvəqqəti dayandırıb. TASS xəbər verir ki, qərar bu gündən qüvvəyə minib.

RDY-nin yaydığı açıqlamada bildirilir ki, yeni koronavirus təhlükəsinin yayılmasının qarşısının alınması məqsədilə qəbul edilən qərar xüsusi göstəriş olanadək qüvvədə qalacaq.

Qeyd olunub ki, tərəflər qərar barədə məlumatlandırılıb.

Məlumatda o da vurğulanıb ki, qatarlara istifadə olunmamış yol sənədlərini əlavə ödəmələr və yığımlar olmadan geri qaytarmaq mümkün olacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar