Şəhid ailələri Milli Məclisin qarşısında aksiya keçirdi

Bu gün səhər saatlarında bir qrup şəhid ailəsinin üzvləri Milli Məclisin qarşısında etiraz aksiyası keçirdilər.

Aksiyaya səbəb aktiv hərbi əməliyyatlar gedən dövrdə (1992-1994-cü illərdə) ölkənin ərazi bütövlüyü və suverinliyi uğrunda şəhid olan şəxslərin ailə üzvlərinə sığorta ödənişinin verilməməsidir. Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortasını həyata keçirən “Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkəti ailələrə bildirib ki, sığorta ödənişini həyata keçirmək üçün Milli Məclisin qərarı olmalıdır.

Etirazçılar bildirirlər ki, atəşkəs dövründə şəhid olanların ailələrinə sığorta ödənişi verilsə də, Qarabağ müharibəsi dövründə şəhid olanların ailələri prosesdən kənarda qalıb.

Aksiyaçıların nümayəndələrini qəbul edən Milli Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, şəhid ailələrinə verilməli olan sığorta ödənişini parlamentdə qaldıracaq və dövlət büdcəsindən vəsaitin ayrılmasını istəyəcək (bizimyol.info).

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar