“ÖMRÜM BOYU SPİKER OLASI DEYİLDİM Kİ...” – Oqtay Əsədov danışdı

“Milli Məclisin yeni sədri Sahibə Qafarovanı yüksək intellekti, bacarığı olan bir şəxs kimi qiymətləndirirəm. Hesab edirəm ki, o bu vəzifəni, Məclis sədrliyinə ən layiqli namizəd kimi icra edəcək”.

 Bunları “Gununsesi.org”-a açıqlamasında Milli Məclisin keçmiş sədri Oqtay Əsədov deyib.

Otay Əsədov özünün spiker postundan getməsini də şərh edib. Eks-spiker bildirib ki, heç bir vəzifə heç kəs üçün əbədi deyil: “Mən ömrüm boyu spiker olası deyildim ki… Bir gün vəzifəyə gələn, bir gün də gedər. Uzun illər Milli Məclisə sədrlik etdim. İndi də təmsil olunduğum Yeni Azərbaycan Partiyası Sahibə Qafarovanı bu posta layiq gördü və partiyanın hər bir üzvü kimi, mən də bunu dəstəklədim”.

635x100

Şərhlər

Rahim Axundov 2020-03-19 06:54:03

Oqtay Əsədov mənə qarşı çıxıb işdən azad elədi 2018-ci ilin 25 dekabrında.Bir ildən sonra da vəzifəsi ilə vidalaşmalı oldu.Mənə Milli Məclisdə mane olanları daha pis aqibət gözləyir.Məni saymayanlar alçaldılacaqdır, hörmətlərini itirəcəklər.başlarına bəla gələcək.Bu xəbərdarlığa qoy heç kim barmaqarasl baxmasın

Camal 2020-03-18 15:01:25

O boyda striptiz klubun var,Spikerlik nəyinə grək? ....

Son yazılar