Ermənistanda üsyan qalxdı - Fotolar

Ermənistan çalxalanır. Avropa.info xəbər verir ki, Gümrü şəhərinin mərkəzi bazarında çalışan yüzlərlə ticarətçi, sentyabrın 30-də bütün piştaxtaları bağlayaraq, aksiyaya başlayıblar.

Ermənistanda yeni qəbul olunan vergi haqqında qanun aksiyanın başlanmasına səbəb olub. Artıq Gümrüdə yüzlərlə ticarətçi şəhərin mərkəzi küçələri bağlayıblar .

Gümrü qubernatorunun müavini aksiyaçıların qarşısında çıxış edərək, ticarətçiləri inandırmağa çalışıb ki, bu yollarla yeni qanunun fəaliyyətinə mane olmaq mümkün deyil. Ticaətçilər isə, qubernator müavinini ərazidən qovublar. Aksiya davam edir.

Xatırladaq ki, oktyabrın 1-dən qüvvəyə minəcək yeni qanuna görə, əsasən tacirlər, yarmarkalarda müvafiq orqanlara əmtəə dövriyyəsinə dair sənədləri təqdim etməlidirlər, əks halda cərimə olunacaq.

Bu isə Ermənistanda etirazlara səbəb olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar