“İNSANLAR QARIŞQA KİMİ ÖLÜRLƏR!...” - İsrailli həkim İtaliyadakı dəhşətdən danışıb

İtaliyanın Parma şəhərində işləyən israilli həkim Adi Vayspinq İsrail xalqına videomüraciətlə çıxış edib.

Həkim deyib: «Əziz israillilər, sizə nə olub? Evlərinizdə qalın. Əgər siz parka, dənizə getsəniz və ya evlərinizə köhnə dostlarınızı dəvət etsəniz, bu, yalnız virusun yayılmasına kömək edər. Bizim səhvlərimizdən öyrənin. Üç həftə bundan əvvəl bizim cəmi 3 pasiyentimiz var idi. O zaman uşaq bağçalarını və məktəbləri bağladılar və bizə tövsiyə etdiər ki, evdə mümkün qədər çox qalaq.

Ancaq biz, əvvəlki kimi yaşamaqda davam etdik - heç nə olmayıbmış kimi. Bəs nəticə nə oldu? İki həftədən sonra tam blokada, xəstəxanaların tam dolmasından sonra, insanları evlərdə tək-tənha ölmək üçün buraxıblar. İnsanlar xəstəxanalarda tənha ölürlər - öz sevimliləri ilə vidalaşmadan, dəfn olunmadan, qarışqa kimi kimi ölürlər, it onlardan layiqli ölür.

Evlərinizdə qalın! Sizin immunitetiniz yoxdur! Siz - növbədəsiniz, əgər təxirə salmadan öz münasibətinizi dəyişməsəniz - öz xatirinizə, öz uşaqlarınızın xatirinə, qonşularınızın xatirinə, baba və nənələrinizin xatirinə, ahıl valideynlərinizin xatirinə. 

Həkimlərin xatirinə - bizə rəhminiz gəlsin - biz, sizin xatirinizə hər zaman yanınızda olacağıq, ancaq bizi ən pisə çatmağa qoymayın. Ona görə ki, sadəcə, bizim sizlər üçün çarpayımız yoxdur, sizləri xilas edəcək avadanlıqlarımız yoxdur».

Əgər kimsə fikirləşsə ki, israilli həkim «şişirdir» və ya «yeni feyk yayır» - şimali İtaliyada yaşanan kollapsın təhdidlərinə diqqət yetirsin.

«Il Messaggero» qəzeti Berqamodakı (Parmanın yaxınlığında yerləşir) kilsədən video dərc edib. Videodan koronavirus qurbanlarının tabutlarının uzun sırası ilə dolmuş kilsə görünür. Ölənləri dəfn etməyi çatdıra bilmirlər. Qəbristanlıqlar yas tutanların üzünə bağlıdır. Dəfnlərdə cəmi 10 nəfər iştirak edə bilər - keşiş və dəfn bürosunun işçisi daxil olmaqla.

Berqamoda 12 keşiş ölüb, 20 keşiş isə xəstəxanalıq olub. Berqamo yepiskopu keşişlərə yığıncaqlar keçirməyi qadağan edib.

Yerli qəzetlər martın əvvəlindən başlayaraq, xırda sətirlərlə ölüm xəbərləri ilə dolub.

Berqamoda krematoriyalar (meyit yandıran sobalar və ya tikililər) gün ərzində 24 saat işləsə də meyitləri yandırmağı çatdıra bilmirlər.

Qeyd edək ki, israilli həkimin yazdıqları Azərbaycan xalqı üçün də bir mesaj olmalıdır. Hökumətin sosial izolyasiya ilə bağlı qərarlarına tam əməl etmək, mümkün olduğu qədər evdə olmaq lazımdır  

AzPolitika.info

635x100

Şərhlər

Elli 2020-03-21 12:11:44

Dəhşətdir. Allah xalqımızı qorusun!

Martuin 2020-03-21 09:15:25

Kak zvyözds cem pakriski

Son yazılar