DEPUTATLAR PREZİDENTİN TƏŞƏBBÜSÜNƏ QOŞULDULAR – Fonda vəsait köçürəcəklər

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvləri Prezident İlham Əliyevin çağırışına qoşularaq, Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürəcəklər.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov məlumat verib. S.Qurbanov bununla bağlı “Feysbuk”da yazıb: “Biz, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvləri, sosial məsuliyyət strategiyasına uyğun olaraq, bu gün bütün heyətlə onlayn toplantı keçirdik. Ölkəmizdə və bütün dünyada tüğyan edən bəlaya qarşı mübarizə çərçivəsində cənab Prezidentimiz İlham Əliyev tərəfindən 19 mart 2020-ci il tarixli sərəncamla yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna öz əməkhaqqımızdan vəsait köçürmək qərarını aldıq.

Bugünlərdə bu xəstəlikdən əziyyət çəkən bütün insanlara yardımçı olmaq bizim vətəndaşlıq və vicdan borcumuzdur. Həmçinin, maddi vəziyyəti (imkanları) uyğun olan bütün insanları bu prosesə qoşulmağa dəvət edirik”.

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar