"VİRİSUN YAYILMASININ ƏN BÖYÜK SƏBƏBKARI ONLARDIR..." - Tibb elmləri doktoru

Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev dünyanı cənginə alan COVİD 19 – koronavirusla bağlı fikirlərini açıqlayıb. Nuran Abdullayev Avtosfer.az-a açıqlamasında vətəndaşlara tövsiyələrini də dilə gətirib.

- Son günlər Azərbaycanda COVİD-19 -la bağlı atılan addımları Avropa ölkələri ilə müqayisə etsək nələri görürük?

- Son günlər ölkədə atılan alqışalayiq profilaktik tədbirlərə nəzər salsaq, həqiqətən onların birbaşa insanların sağlamlığına hesablandığını görürük ki, bu da Avropa ölkələrindən heç də fərqlənmir. Hətta iqtisadiyyata dəyə biləcək zərəri nəzərə almadan, birbaşa insanların sağlamlığını düşünən ölkə başçısının atdığı bu addımlar bir çox Avropa ölkələrindən daha tez atıldı. Avropa ölkələrinin bəzilərinin problemi ümumi iqtisadiyyata mümkün qədər az ziyan vurulmasını düşünüb biraz riskə getməsidir ki, o da pandemiyanın daha da yayılmasına səbəb ola bilir.

- Azərbaycanda bu pandemiyanın yayılma tezliyi barədə nə deyə bilərsiniz? Bu günə qədər olan say o qədər çox deyil (54) və ölüm sayı da belə az olacaqmı?

- Ümumiyyətlə, son elmi araşdırmalar göstərir ki, 5 xəstədən 4-də virusun simptomları gizli və ya çox yüngül formada keçir ki, bunu da onlar özləri bilmir. Virusu təhlükəli edən də elə budur ki, xəstələr daşıyıcı olduqlarını bilmirlər və insanlara virusu yoluxdururlar. 5 xəstədən 1-də isə xəstəliyə uyğun simptomları olur və xəstəlik rəsmi qeydə alınıb izolyasiya və müalicə edilir. Bundan əlavə, bildirilməlidir ki, virusun yayılmasının ən böyük səbəbkarı və təhlükəsi elə o 4 virus daşıyıcısı xəstədir. Belə ki, hər bir daşıyıcı ortalama 3 xəstəni yoluxdurarsa pandemiya təxminən 60-90 gün ərzində özünün maksimum səviyyəsinə qalxmış olar. Ölkələrin də apardığı siyasət bu yoluxma sayını 3-dən aşağı, daha doğrusu maksimum 1-in aşağısına salmaqdır ki, virusun yayılmasının qarşısı maksimum alınsın. Ölüm faizinə gəldikdə isə artıq İtaliyadan gələn son elmi hesabatlara əsasən tam əminliklə demək olar ki, Azərbaycanda ölüm faizinin aşağı olmasını söyləməyə kifayət qədər elmi əsas var.

Vətəndaşların bilməli olduğu vacib məqamlardan biri də ondan ibarətdir ki, artıq elmi sübut olunub ki, müxtəlif materiallarda virusun yaşama saatı 24 saatdan 72 saat arasında dəyişir və bunun üçün bütün gigiyenik amillərə maksimum əməl etmək mütləqdir. Bunlardan da ən vacibi əllərin həmişə təmiz saxlanılmasıdır, çünki adi bir təmas virusa yoluxma deməkdir. Belə ki, bir insan normal həyatında qeyri-iradi olaraq bir dəqiqədə üzünə ortalama 3-5 dəfə toxunur ki, bunun da 1 dəfəsi viruslu əllərdə virusa yoluxma deməkdir.

635x100

Şərhlər

Seyyah 2020-03-25 08:57:33

Bu nə catbır

Son yazılar