Qocalar ölkəsi - Yaponiya

Öz tarixi boyunca Yaponiyada yaşı yüzü ötmüş sakinlərin sayı artaraq rekord səviyyəyə çatıb. İndi onların sayı 58,8 min nəfərdir və Yaponiya səhiyyə və təminat nazirliyinin məlumatına əsasən, bu göstərici keçən ildəkindən 4,4 min nəfər çoxdur.

Yaşı yüzü aşmış yaponların sayı artıq 44 ildir ki, hər il artır. Bunların 87%-i qadınlardır. Yaponiyanın ən yaşlı adamı Osaka şəhəri yaxınlığındakı Tenma kəndində yaşayan Misao Okavadır. Bu ilin mart ayında həmin qadının 116 yaşı tamam oldu. Misao Okavanın üç uşağından ikisi - qızı və oğlu hal-hazırda yaşayırlar və onların doxsandan artıq yaşları var. M.Okavanın adı yer kürəsinin ən yaşlı adamı kimi “Ginnes rekordlar kitabı”-na düşüb. Dünyanın ən yaşlı kişisi də 1903-cü il təvəllüdlü Yaponiya vətandaşı olan Sakori Momoi hesab olunur. Ümumi ortalama yaş həddinə görə, Yaponiya dünyada birinci yerdədir. Orada yaşayanların orta yaş həddi 82,6 ildir.

Uzun ömürlülərin rekord artımı ilə yanaşı Yaponiyada artıq dörd ildir ki, əhalinin azalması prosesi də çox sürətlə getməyə başlayıb. Belə ki, statistik göstəricilərə əsasən, İkinci Dünya Müharibəsindən indiyədək olan müddət ərzində əhalinin azalması tempinin ən yüksək həddi 2013-cü ildə qeydə alınıb. Yaponiyada yaşı 65-i keçmiş vətəndaşların ümümi sayı bütün əhalinin 24,4%-ini təşkil edir və yaşı 15-dən az olanların sayı isə ümumi əhalinin 13%-i qədərdir. Hal-hazırda Yaponiya əhalisinin sayı 126 milyon 764 min nəfərdir. Bu ölkədə əhalinin illik artımı mənfi göstərici ilə ölçülür. Yəni 2014 cü ilin məlumatına görə, Yaponiyanın əhalisi bu il 264 min nəfər azalıb.

V.Nəsibov

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar