Evlənmək eşqinə düşən Siyasətin "kəbinini" prokuror kəsəcək

Mingəçevir şəhərində adam oğurluğu faktı baş verib. El TV xəbər verir ki, 1989-cu ildə anadan olan Siyasət Məzahir oğlu Məmmədov 1996-cı il təvəllüdlü Nigar Ramiz qızı Adıgözəlovanı qaçırıb.

Siyasət Məmmədov Nigar Adıgözəlovanı yol getdiyi zaman zorla avtomobilinə mindirib. Avtomobil təxminən 100-150 metr məsafədə qapısı açıq vəziyyətdə hərəkət edib.

Qızın avtomobildən düşmək üçün göstərdiyi cəhdlər boşa çıxıb və o, qaçırılıb.

Siyasət Məmmədov yaxalanaraq istintaqa təhvil verilib. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar