Əməkdar jurnalist Xalid Niyazov alimlik dərəcəsi aldı

Modern.az xəbər verir ki, bu gün Azərbaycan Milli Elmlər Akademiyası İnsan Hüquqları üzrə Elmi -Tədqiqat İnstitutu Müvəqqəti Dissertasiya Şurasının iclasında Əməkdar jurnalist Xalid Niyazov “Azərbaycanda siyasi sistemin modernləşməsi şəraitində dövlət informasiya siyasəti” (KİV timsalında) mövzusunda dissertasiya müdafiə edərək siyasi elmlər üzrə fəsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.

Elmi Şura üzvlərinin, habelə Siyasi elmlər doktoru Hikmət Babaoğlunun, Filologiya elmləri doktoru Ramiz Əskərin, Türkiyənin Mərmərə Qrupu Strateji və Sosioloji Araşdırmalar Vəqfi İcraiyyə Şurasının üzvü Şamil Aydının çıxışlarında elmi işinin aktuallığı, tədqiqatçının hakimiyyət, cəmiyyət və KİV arasındakı qarşılıqlı münasibətləri dərindən araşdırması və düzgün nəticələrə gəlməsi konkret faktlarla əsaslandırılıb.

 

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar