“Evdə qal, təbiəti seyr et” – ETSN

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) bu gündən facebook səhifəsində "Evdə qal, təbiəti seyr et" (#evdəqaltəbiətiseyret ) adlı rubrika başladır.

Bu barədə ETSN-in mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib.

O bildirib ki, rubrikada Azərbaycanın əsrarəngiz təbiət gözəlliklərini, eləcə də milli parkların flora və fauna aləmini əks etdirən filmlər, süjetlər, çarxlar nümayiş etdiriləcək.

"Evdə qal, təbiəti seyr et" rubrikasında həm də təbiət hadisələri barədə düşündürücü məlumatlar veriləcək, ekoloji animasiyalar nümayiş etdiriləcək.

Bölümdə ekologiyaya aid müxtəlif suallar, maraqlı faktlar yerləşdirməklə izləyicilərin ətraf mühit hadisələri ilə daha yaxından tanış olmaları, biliklərini genişləndirməsi üçün də şərait yaradılacaq.

İzləyicilərdən də maraqlı təbiət görüntülərinin alınması və onların qiymətləndirilməsi təşkil ediləcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar