Erməni icmasının bəzi üzvləri Tural Gəncəliyevə müraciət edib

Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri Tural Gəncəliyev açıqlama yayıb.

APA-nın məlumatına görə, T. Gəncəliyev bildirib ki, son günlər Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin erməni icmasının bir sıra üzvləri seçkili nümayəndə kimi ona müraciət edərək (təhlükəsizlik baxımından adları açıqlanmır) Dağlıq Qarabağda kəskin respirator infeksiyaya, pnevmoniyaya yoluxmuş şəxslərin sayının artması, səhiyyə infrastrukturunun acınacaqlı vəziyyəti, testlərin olmaması, tibbi heyətin çatışmaması barədə məlumat verib, Ermənistanın və qanunsuz rejimin koronavirusa (COVID-19) yoluxma hallarını əhalidən gizlətməsi ilə bağlı narahatlıqlarını ifadə ediblər.

“Mən seçkili nümayəndə olaraq Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunun erməni icmasına koronavirusdan müdafiə olunmaq üçün fərdi gigiyena qaydalarına, özünütəcrid, sosial məsafə kimi tədbirlərə ciddi surətdə riayət etməyə çağırıram. Əminəm ki, Ermənistanın işğalı başa çatdıqdan sonra Azərbaycan dövləti ölkəmizin Dağlıq Qarabağ bölgəsində səhiyyə infrastrukturunu yenidən quracaq və hər iki icma müasir standartlara cavab verən tibb sisteminin imkanlarından bəhrələnəcəklər”, - deyə T. Gəncəliyev vurğulayıb.

635x100

Şərhlər

Anonim 2020-03-25 16:48:35

Hazırda fürsət varkən biz hücum edib torpaqlarımızı işgaldan azad edək

omer 2020-03-25 16:26:55

goren nomreni kimnen goturubler

Son yazılar