Xətai rayonunda geniş dezinfeksiya işləri aparılır - "Bəzi işbazların rəsmi qurumların adı ilə pul yığması yolverilməzdir" + FOTOLAR

Bəzi media orqanlarında və sosial şəbəkələrdə paytaxtda, o cümlədən Xətai rayonu ərazisində özünü "Parlaq şəhər" MMC adlı qurumun əməkdaşı kimi təqdim edən şəxslərin binalarda dezinfeksiya işləri aparmaq adı ilə evlərdən pul tələb etməsi barədə məlumatlar yayılıb.

Bununla bağlı Xətai Rayon İcra Hakimiyyətindən bildirilib ki, rayon icra hakimiyyəti strukturları binalarda dezinfeksiya işlərinin aparılmasının heç bir özəl təşkilata həvalə etməyib. İcra hakimiyyəti özü rayon ərazindəki bütün küçə və binalarda lazımı dezinfeksiya işləri həyata keçirir.

Sadəcə, dezinfeksiya sahəsində ödənişli xidmət göstərən bəzi özəl şirkətlərin əməkdaşları  koronavirusla bağlı cəmiyyətdə yaranmış narahatçılıqdan istifadə edərək, binaları gəzir və evlərə pullu xidmət təklif edirlər. Vətəndaşları inandırmaq üçün bəzən işbazlar rəsmi dövlət qurumlarının adından istifadə edirlər.

Xətai Rayon İcra Hakimiyyətindən bu cür halların yolverilməz olduğu bəyan edilir. 

Xətai Rayon İcra Hakimiyyətininin müvafiq strukturları da dövlətin balansında olan binaların, onların giriş bloklarının, liftlərin, həyətlərin, park və küçələrin dezinfeksiyası bağlı geniş işlər həyata keçirir.  

Belə ki, Respublikanın hər yerində olduğu kimi Xətai rayonunda da mütəmadi olaraq profilaktik tədbirlər davam etdirilir.

Dünyada koronavirus (COVID-19) infeksiyasının əhatə dairəsinin və coğrafiyasının genişlənməsinin müşahidə olunduğu dövrdə Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ölkə başçısının diqqət mərkəzindədir.

Xətai rayonunda da bu məqsədlə qərargah yaradılmışdır. Koronavirus xəstəliyinin yayılmasının qarşısını almaq məqsədilə ticarət, turizm, ictimai iaşə və s. sahələrdə xüsusi iş rejimləri tətbiq olunmuş və əhalinin sosial təcrid olunması üçün müvafiq addımlar atılmışdır.
Xətai rayonunda koronavirusa yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədi ilə rayonun Nobel, Gəncə, Xocalı prospektlərində, M.Hadi, Naximov, Q.Nəbi, A.Ələsgər, Sadıqcan və s. küçələrində, Əhmədli qəsəbəsində küçə və dalanlarda dezinfeksiya işləri aparılıb. Ümumilikdə 861 yaşayış binasında, 3096 bina girişində və pilləkən marşlarında, sakinlərin daha çox istifadə etdiyi yerlərdən olan lift kabinaları və onun ətrafı, məişət tullantılarının atıldığı konteyner meydançalarında, piyada keçidlərində, dükanların qarşısı, 8 park, 262 meydança, 13 abad həyət,ümumilikdə 47000 kv.m sahədə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirləri aparılıb. Həmçinin gündəlik olaraq məhəllələrdə oturacaqlar, idman qurğuları, söhbətgahlar, uşaq meydaçalarında, məişət tullantılarının atıldığı konteyner meydançalarında da dərmanlanma həyata keçirilir.

Bütün sakinlərə maksimum dərəcədə evdən çölə çıxma saylarının minimuma endirilməsi, həmçinin hər bir vətəndaşın şəxsi və kollektiv gigiyena tələblərinə riayət etmələrinin vacibliyi barədə məlumatlar verilir.

Rayonun qəsəbələrində dezinfeksiya işlərinə aparan 150 nəfərin hər biri lazımi püskürücü texnika, ləvazimatlar, xüsusi geyim formaları ilə təmin edilmişdir. Dezinfeksiya edən şəxslərə bu texnika və ləvazimatların istifadə şərtləri izah edilmiş, bildirilmişdir ki, bu şərtlərə ciddi əməl olunmalıdır. Ararılan dezinfeksiya işləri gündəlik nəzarətdə saxlanılır.

635x100

Şərhlər

arif 2020-04-02 17:05:10

Yalansa ....... elədikləri yer ancaq mərkəzi yerlər bir də Ukrayda dairəsidə olan parkdı Cavansir kucəsi 30.32.34.36 binaların həyətiə gəlib hər binadan 2 blok edib onun da ancaq blokun girisini səkil cəkib qayitdılar

Qabil 2020-03-25 17:58:20

Xətai rayonu nda 3 manat verməsən dezinfeksiya etmirlər.Neapol küçəsi 41 də .Həmdə zirzəmilər antisanitar şəraittədi.

Son yazılar