NƏRİMANOV RAYONU YENİ APARATLARLA BELƏ “YUYULUR” - VİDEO

Ölkə ərazisində koronovirusa qarşı mübarizə tədbirləri davam etdirilir.

Nazirlər Kabinetində yaradılan Operativ Qərargahın göstərişlərinə uyğun olaraq, epidemiyanın yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər görülür.

Bu tədbirlərin bir hissəsi olaraq, yerli icra hakimiyyətləri tərəfindən yaşayış binalarında, məhəllələrdə, küçə və parklarda, piyada səkilərində, dayanacaqlarda və əhalinin sıx olduğu digər yerlərdə dezinfeksiya işləri aparılır. Dezinfeksiya işləri əhalinin daha sıx yaşadığı Bakı şəhərində xüsusilə əhəmiyyət daşıyır.

Genişmiqyaslı tədbirlərin bir hissəsi olaraq Nərimanov Rayon İcra Hakimiyyəti və Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi ilə birgə rayonun mərkəzi küçələri ilə yanaşı aztəminatlı ailələrin yaşadığı Daş Karxanası, Çermet və Xutor adlanan yaşayış yerlərində xüsusilə intensiv şəkildə dezinfeksiya və maarifləndirmə-təbliğat işləri aparılır.

Rayon İcra Hakimiyyətində yaradılmış Operativ Qərargahın üzvlərindən ibarət qruplar vətəndaşların, xüsusilə də yaşı 65-dən yuxarı olan sakinlərin ciddi ehtiyac olmadıqca evdən çıxmamaları ilə bağlı məlumatlandırırlar. Həmçinin Operativ Qərargahın qrupları tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Nərimanov Rayon Sosial Müdafiə Fondu ilə birlikdə müəyyən edilmiş yaşlı və ehtiyacı olan vətəndaşlara lazımi yardımların göstərilməsi istiqamətində işlər icra olunur.

Bütün bu tədbirlər, təbliğat, dezinfeksiya və yardımların göstərilməsi gün ərzində bir neçə dəfə olmaqla həyata keçirilir.

İcra Hakimiyyətindən verilən məlumata görə, yeni dezinfeksiya aparatlarının alınmasından sonra bu işləri daha effektiv şəkildə həyata keçirmək mümkün olur. 

Nərimanov rayonunda bu gün aparılan dezinfeksiya işlərinin videogörüntülərini təqdim edirik:


635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar