“Sınaqdan üzüağ çıxacağıq” - Fatih Terim

"O qədər gözəl və xüsusi hisslər keçirirəm ki, hər duanı ürəyimdə hiss edirəm".

Apasport.az saytının məlumatına görə, bunu koronavirusa yoluxan "Qalatasaray"ın baş məşqçisi Fatih Terim bildirib.

Martın 23-də testlərinin nəticəsi müsbət çıxan və xəstəxanaya aparılan təcrübəli mütəxəssis sosial şəbəkə vasitəsilə vəziyyətinin yaxşı olduğunu yazıb: "Bu, hamımız üçün sınaqdır. Dualarınızla, gözəl arzularınızla sınaqdan üzüağ çıxacağıq. Hazırda yaxşıyam, inşallah, daha da yaxşı olacağam. Əlim ürəyimdə hər birinizə təşəkkür edirəm".

Qeyd edək ki, "Qalatasaray"ın vitse-prezidenti Abdurrahim Albayrak da koronavirus infeksiyasına yoluxub.

635x100

Şərhlər

Elli 2020-03-26 00:20:51

Allah kömək olsun sənə Fatih bəy!

Son yazılar