Avropanın ən varlı insanı bir gündə 11,3 milyard dollar qazanıb

Avropanın ən varlı insanı hesab olunan Louis Moet Hennessy (LVMH) şirkətlər qrupunun prezidenti Bernar Arno bir gündə 11,3 milyard dollar qazanıb.

Azərtac Bloomberg agentliyinə istinadla xəbər verir ki, onun varidatının artması fond bazarında müsbət dinamika ilə şərtlənir. Lakin rekord məbləğə baxmayaraq, sahibkarın ümumi kapitalı böhrana qədərki səviyyədən bir neçə on milyard dollar aşağıdır.

Dünyanın ən məşhur investorlarından biri, amerikalı sahibkar Uorren Baffet 6,5 milyard dollar, İnditex şirkətinin yaradıcısı Amansio Orteqa 5,9 milyard qazanc əldə ediblər.

Son bir ayda dünyanın 20 ən varlı insanının sərvəti koronavirusun bazara mənfi təsiri nəticəsində ümumilikdə 300 milyard dollara yaxın azalıb. Forbes nəşrinin məlumatına görə, hamıdan çox məhz Bernar Arno itirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar