Bakıda mənzildə meyit aşkarlanıb
Baxiş sayı:
Dərc olunub:
26/03/2020 - 00:08
Bakının Xətai rayonunda mənzildə meyit aşkar olunub.
APA Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, bu barədə məlumat nazirliyin "112" qaynar telefon xəttinə daxil olub.
Məlumata əsasən, 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini aidiyyəti üzrə təhvil veriblər.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.