Türkiyədə koronavirusdan ölənlərin sayı 59-a çatıb

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) ölənlərin sayı 59 nəfərə çatıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsindən açıqlamsında bildirib.

Nazir qeyd edib ki, son gün ərzində 15 koronaviruslu xəstə ölüb və 5035 şübhəli koronavirus testindən keçib, onlardan 561-nin cavabı pozitiv çıxıb.

Bununla da Türkiyədə koronavirusa yoluxanların sayı 2433-ə çatıb.

635x100

Şərhlər

Elli 2020-03-26 12:50:03

Allah rəhmət eləsin!

Son yazılar