Daha bir qurumun işçilərinin maaşları artırıldı

Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin işçilərinin əməkhaqlarına müddətli əlavənin məbləği müəyyən edilib.

"Report" xəbər verir ki, bu, Nazirlər Kabinetinin yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə qərarında öz əksini tapıb.

Qərara əsasən, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin işçilərinə aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində müddətli əlavə müəyyən olunub.

Qərarın 1-ci hissəsində göstərilən müddətli əlavə iş vaxtına mütənasib olaraq 2020-ci il martın 1-dən iyunun 1-dək olan müddət üçün ödənilir.

635x100

Şərhlər

t.ədalət 2020-03-26 10:44:19

Anatom həkimlərin maaşlarını artırmağa ehtiyac yoxdur.Onlar pul müqabvilində rəyləri dəyişdirir,həmin saxta rəylərin hesabına həbsxanalarda günahsız cəza çəkənlərin sayı artır..

Son yazılar