“RELAX” KARANTİN MƏRKƏZİNƏ ÇEVRİLDİ – İş adamından örnək davranış (Foto, video)

Bu gün bütün dünya, o cümlədən Azərbaycan cəmiyyəti dünyanı ağuşuna alan yeni növ koronavirus pandemiyasına qarşı səfərbər olub. Artıq hansı sahədə çalışmasından asılı olmayaraq insanlar koronavirus pandemiyasına qarşı mübarizədə əllərindən gələni etməyə və öz töhfəsini verməyə çalışırlar.

Ölkə başçısının müvafiq çağırışına Azərbaycan sahibkarları da dəstək verməklə, koronavirus pandemiyasına qarşı mübarizədə öz töhfələrini vermək istəyirlər. Bu məqsədlə bəzi sahibkarlar Prezidentin sərəncamı ilə yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna maliyyə vəsaiti köçürüb və bu proses davam etməkdədir. Bir qism sahibkarlar isə bu işə öz töhfələrini vermək üçün fərqli təşəbbüslərlə çıxış edirlər. Məsələn, Azərbaycanın cənub bölgəsində ən iri turizm obyektlərindən biri olan “RELAX” istirahət mərkəzi karantin mərkəzinə çevrilib.

Bu barədə “Ölkə.Az”a açıqlama verən “Relax” istirahət mərkəzinin rəhbəri, sahibkar Çingiz Məmmədov deyib ki, əsas məqsədləri ölkə başçısının bu istiqamətdə gördüyü genişmiqyaslı tədbirlər planına bir sahibkar olaraq dəstək verməkdir. “Biz də bir vətəndaş və sahibkar olaraq koronavirus pandemiyasına qarşı töhfəmizi verməkdəyik. Bildiyiniz kimi “Relax” istirahət mərkəzi rayon mərkəzindən uzaq, təbiət qoynunda yerləşən bir istirahət mərkəzidir və karantin altına alınan insanları bu mərkəzdə daha rahat yerləşdirmək və onlara daha yaxşı xidmət göstərmək olar.

Bu məqsədlə Nazirlər Kabineti yanındakı Operativ Qərargaha və aidiyyatı orqanlara müraciət edərək “Relax”ın karantin mərkəzinə çevrilməsi təşəbbüsü ilə çıxış etdik. Çox sağ olsunlar, bu təşəbbüsümüz müsbət qarşılandı və artıq istirahət mərkəzinin karantin mərkəzinə çevrilməsi üçün bütün lazımi tədbirlər görülüb. Artıq Səhiyyə Nazirliyinin infeksion xəstəliklərlə mübarizə həkim dəstəsi bu mərkəzdədir. 60-dan artıq həkim karantində nəzarətə alıtna alınan insanlara xidmət etmək üçün mərkəzə cəlb edilib. Həkimlər təkcə karantində olan insanlara xidmət göstərmirlər, onlar cənub bölgəsində virusun monitorinqini həyata keçirir və cəmiyyətdə maarifləndirmə işləri aparırlar. Bundan əlavə Daxili Qoşunların hərbçiləri yerləşdirilib. Bu işə Lerik Rayon Mərkəzi Xəsətxanasının baş həkimi Mübariz Ağayev başda olmaqla həkim personalı səfərbər olaraq öz dəstəklərini verməkdədir”, - Ç.Məmməıdov deyib.

İş adamı bildirib ki, hazırda 100-dən artıq xarici ölkədən, xüsusən də Rusiya və Türkiyədən gələn vətəndaşlarımız “Relax” istirahət mərkəzindəki karantin mərkəzində nəzarət altındadır. ““Relax”da haradasa 400-500 nəfəri karantinə yerləşdirmək olar. Bu gün daha 150-dək insanın karantinə yerləşdirilməsi nəzərdə tutulur”, - deyə o vurğulayıb.

Ç.Məmmədov onu da bildirib ki, karantin nəzarətinə alınan elə ailələr var ki, onlar azyaşlı körpələri ilə bura yerləşdiriliblər: “Biz həmin ailələri təmənnasız olaraq lazım olan uşaq qidası, uşaq bezləri, zəruri geyimlərlə təmin edirik. Bilirsiniz ki, istirahət mərkəzlərində xeyli sayda katejlər var və karantinə yerləşdirilən ailələr həmin katejlərə yerləşdirilir. Bu katejlər təhlükəsizlik baxımından da münasibdir. Yəni onlar bir-birindən 20 metr məsafədə yerləşir. Biz xarici ölkədən təxliyyə edilən vətəndaşlarımıza karantində daha yaxşı xidmət göstərilməsi üçün əlimizdən gələni etməklə ölkə başçısının çağrışılarına öz töhfəmizi, dəstəyimizi verməyə çalışırıq”.

Ölkə başçısı və Birinci vitse-prezidentin koronavirusla bağlı mübarizədə ön cərgədə olmasına diqqəti çəkən iş adamı bildirib: “Azərbaycan Prezidenti və Birinci vitse-prezidenti nəinki Azərbaycanda, o cümlədən beynəlxalq səviyyədə koronavirus pandemiyasına qarşı mübarizədə ön cərgədədirlər və pandemiyanın qarşısının alınması üçün əllərindən gələni edirlər. Biz sahibkarlar da onlardan örnək alaraq bu prosesdə yaxından iştirak etmək istəyirik. İmkanlarımız daxilində öz töhfəmizi vermək istəyirik.

Bir şeyi də qeyd edim ki, “Relax” karantin mərkəzinə çevrildiyi gündən Lerik camaatı da imkanları daxilində öz töhfələrini verməkdədirlər. Onlar kənd təsərrüfat məhsulları ilə karantində olan insanlara yardım etmək istəyirlər. Biz onların bu addımını həmrəylik, birlik baxımından alqışlayır və yüksək dəyərləndiririk. Onlara öz dərin təşəkkürümüzü bildiririk. Ancaq hələlik belə bir yardıma ehtiyac yoxdur”.

Son olaraq iş adamı Ç.Məmmədov respublikada fəaliyyət göstərən turuzm şirkətlərini və obyektlərinə ölkə başçısının çağırışına qoşularaq, koronavirus pandemiyasına öz töhfələrini verməyə səsləyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar