Şağan qəsəbəsində kanalizasiya borusu partlayıb - Sakinlərin şikayəti eşidilməz qalıb + FOTOLAR

"Xəzər rayonu, Şağan qəsəbəsində 2016K bağ evi yaninda 32 diametr ölçüdə olan kanalizasiya borusu 2 həftədir partlayıb. Çirkab suları yola dağılıb və suyun səviyyəsi 5-6 sm qalxıb, sakinlər hərəkət edə bilmirlər".

Bu barədə "AzPolitika.info"-ya adıçəkilən üvanda yaşayan sakinlər məlumat veriblər. 

Qeyd olunur ki, dəfələrlə "Azərsu" ASC-nin Xəzər rayonu üzrə idarəsinə, FHN və yerli icra hakimiyyətinə müraciət etsələr də, problem həll olunmayıb.

"Ümid edirik ki, saytınız vasitəsilə ilə adıçəkilən qurumlar xəbər tutub təcili tədbir görərlər"-deyə müraciətdə qeyd olunur.

AzPolitika.info


635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar