“Koroğlu" Şirkətlər Qrupu da Prezidentin çağırışına qoşuldu - Dəstək Fonduna vəsait köçürülüb

Prezident İlham Əliyevin çağırışına cavab olaraq “Koroğlu" Şirkətlər Qrupu ("Koroğlu" MMC, "Mirzəoğlu" MMC, "Konfirom" MMC, "Nurretail" MMC - ARMO marketlər) Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 000 manat məbləğində vəsait ödəyib.

Bununla bağlı şirkətin yaydığı məlumatda bildirilir: ""Koroğlu" Şirkətlər Qrupu cənab Prezidentin koronavirus infeksiyasının ölkəmizdə yayılmasının qarşının alınması üçün həmrəylik, birlik və məsuliyyət göstərməliyik fikrini dəstəkliyir. 

Düşünürük ki, koronavirus pandemiyasının bütün dünya üçün böyük təhlükə olduğu indiki mürəkkəb vaxtda ölkə rəhhbərliyinin vətəndaşların sağlamlığını qorumağa yönəlmiş səylərini dəstəkləmək çox vacibdir.

Məhz bu dəstəyi nümayiş etdirmək üçün "Koroğlu" Şirkətlər Qrupu Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 000 manat məbləğində vəsait ayırıb".

Qeyd edək ki, "Koroğlu" Şirkətlər Qrupu Azərbaycan Respublikası ərazisində 1992-ci ildən yerli və xarici qənnadı məmulatlarının satışını təşkil edən distribütor şirkəti kimi fəaliyyətə başlayıb.

Dövlətimizin həyata keçirdiyi sosial-iqtisadi və sosial siyasət nəticəsində fəaliyyətini genişləndirən Şirkətlər Qrupu daxili bazarda uzun müddətdir keyfiyyətli və müxtəlif ceşidli qənnadı məmulatları istehsal edir. Müştərilərinin və tərəfdaşlarının hörmət və etibarını qazanan şirkət, bu gün regionda ön sıralardadır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar