Azərbaycanda 6 yeni spirt istehsalçısı fəaliyyətə başladı

"Altı yeni tibbi spirt istehsalçısı fəaliyyətini həyata keçirir, yəni başlayıblar".

"Report" xəbər verir ki, bunu Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən Operativ Qərargahın iclasında İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, hazırda çeşidlər olaraq 100, 250, 500 milli litr, 1 və 5 litr həcmində istehsal olunur:

"İstehsal respublikada bütün ehtiyacı ödəyəcək qədərdir. Bu gün 96 faizli spirt qalığının həcmi ölkədə 1,5 milyon litrdir. Gündəlik ehtiyaclar isə ölkənin bütün ehtiyaclarını bir neçə dəfə ödəmək imkanındadır".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar