Koronavirus orqanizmdə 1 ay yaşayır - Alimlər bu fikirdədirlər

“AzPolitika.info”nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, koronavirus daşıyıcıları ilk həftədə daha yoluxdurucu olurlar, sonra virusun ötürülmək imkanları zəifləyir.

Bu nəticəyə Honkonqdan olan mikrobioloqlar gəliblər. Onlar yaş həddi 35-75 olan və COVİD-19 diaqnozlu 23 pasiyentin ağız suyu nümunəsini tədqiq ediblər. Bu barədə «The South Morning China Post» nəşri xəbər verib.

Beləliklə, məlum olub ki, yoluxmaların sayının ən çoxu virusun simtomlarının özünü büruzə verməsindən əvvəl baş verir.

Ümumilikdə, koronavirus insan orqanizmində demək olar, bir ay yaşamaq qabiliyyətinə malikdir. Ən dəhşətlisi odur ki, özünün «yoluxdurucu» xassəsini hətta pasiyentin formal sağalmasından sonra da saxlaya bilir.

«Pasiyentlərimizin üçdə birində virus 20 və daha artıq gündən sonra aşkarlanıb»- alimlər əlavə edərək, izolyasiya müddətinin daha uzun olmasının qaçılmazlığını qeyd ediblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar