“Evdə qalın, Lev Tolstoyu və Mustafa Kutlunu oxuyun...” - Türkiyəli nazir

Türkiyənin səhiyyə naziri Fahrettin Koca  gənclərə tövsiyyə edib ki, pandemiyə səbəbilə, məcburi qaydada evdə qaldıqları dövrdə Lev Tolstoyun əsərlərini oxusunlar.

«Gənclərə müraciət edirəm. Harada çoxlu insan toplaşırsa, orada virusa yoluxma riski yüksəlir. Hətta əgər özünüz xəstə deyilsinizsə, virusun daşıyıcısı ola bilərsiniz. Evdə qalın, Lev Tolstoyu və Mustafa Kutlunu (müasir türk yazıçısı - Red.) oxuyun» - Koca çağırış edib.

Qeyd edək ki, Türkiyədə koronavirusdan ölənlərin sayı 75 nəfərə çatıb. Bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca özünün "Twitter"dəki səhifəsində bildirib.

Nazir qeyd edib ki, son 24 saat ərzində ölkədə koronavirusa yoluxma halları 1 000-i ötüb.

"Bu gün 7 286 test aparıldı, 1 196 yeni yoluxma aşkarlandı. 16 xəəstə öldü. Hazırda ölənlərin ümumi sayı 75, xəstələrin sayı 3 629 nəfərdir", - deyə səhiyyə naziri özünün "Twitter"-dəki səhifəsində yazıb.

“Sizi israrla tədbirlərə əməl etməyə dəvət edirəm”, - deyə nazir Türkiyə əhalisinə çağırış edib.

AzPolitika.info

635x100

Şərhlər

18ci əsr Ensiklop xəritəsi 2020-03-27 09:50:07

Tolstoylar da o zamanki Türk dövləti ərazisndə bu dünyaya gəliblər!

Son yazılar