Ermənistandan Dağlıq Qarabağa gediş-gəliş dayandırıldı - Koronavirusa görə

Erməmnistan vətəndaşlarının Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsinə girişinə qadağa qoyulub.

Musavat.com bununla bağlı erməni mediasına istinadla xəbər verir. Bildirilir ki, müvafiq qərar koronavirusun yayılması ilə əlaqədardır. Bu barədə Ermənistan polisinin mətbuat katibi Aşot Aqaronyan açıqlamasında bildirib. Onun sözlərinə görə, Ermənistanda fövqəladə vəziyyətin elan olunmasından sonra koronavirusla mübarizədə effektli tədbirlərin həyata keçirilməsi məqsədilə Dağlıq Qarabağa aparan yollarda hərəkətə məhdudiyyət qoyulub. Bu məqsədlə Kəlbəcər yolu, həmçinin Sünikdən Dağlıq Qarabağa istiqamətlənən yolla gediş-gəliş dayandırılıb.

Bildirilib ki, yollarda Ermənistanın polis qüvvələri və yerli bölmələrin daimi mühafizə postları qurulacaq və Qarabağa gediş-gəlişin qarşısı alınacaq. Polisdən o da bildirilib ki, Dağlıq Qarabağda “qeydiyyatda olan” şəxslər və yük maşınları, o cümlədən “seçkilər”lə bağlı müşahidəçilər missiyasının üzvləri bölgəyə buraxılacaq.

Qeyd edək ki, 26 martda Ermənistanda koronavirusa yoluxanların sayının 290-a çatdığı, 72 yaşlı kişinin isə öldüyü xəbəri yayılıb.

635x100

Şərhlər

Əski Şuşalı 2020-03-27 10:05:04

Dövlətimizin çoxdan qoyacağı bu qadağanı İlahi tanrı qoyub!

Son yazılar